EN

Bakıda kəmər dərəcələri üzrə imtahan keçirilib

Bakı. Trend:

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdoüzrə millilərin Təlim-Məşq Mərkəzində bu gün kəmər dərəcələri üzrərəsmi imtahan keçirilib.

Bu barədə Trend-ə ACF-nin mətbuat xidmətindən bildirilib.

İmtahanda 130 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı,sarı, narıncı, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikattəqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdotexnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyasıüçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi vərəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxiliyarışlarda iştirak üçün zəruridir.

Chosen
27
26
az.trend.az

10Sources