EN

Ağdamın Xıdırlı kəndində yeni tikilən evin hasarı yağışa görə uçub?

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ağdamın Xıdırlı kəndində yeni tikilən evin yağışa görə hasarı üçub.

Sosial platformada yayılan görüntülərdən məlum olur ki, Xıdırlı kənd sakinlər üçün tikilib təhvil verilən müasir standartlara cavab verən evlərdən birinin həyətinin ərazisi, hasarı yağış sularına görə üçub.

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs bir neçə şirkətlə tikinti quraşdırma işlərinə görə müqavilə bağlayıb .

Bildirir ki, “Körpü-Bina-Tikinti” MMC ilə 30 milyon manatlıq müqavilə bağlanıb.

Müqavilədə Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.Müqavilənin dəyəri isə 29 983 234 manatdır.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynovdur./tacxeber.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
hurriyyet.az

2Sources