Bu qarışıq bədəni toksinlərdən təmizləyir
Bədəndə toplanan toksinlərdən və artıq çəkidən xilas olmağın bir çox formulu var.
Axşam.az bu gün sizə amerikalıların sevimli detoks içkisi olan Sassi suyunu təqdim edəcək.
Hazırlanması:
1 ədəd limon və 1 ədəd xiyar nazik şəkildə doğranır. 12 ədəd nanə yarpağı və 1 ç.q xırdalanmış zəncəfillə birlikdə suya salınaraq 1 gecə soyuducuda saxlanılır. Səhər su soyuducudan çıxarılır və otaq temperaturuna gələndən sonra, gün boyu içilir.