EN

Maks Ferstappen Bakıdakı qələbəsi ilə bağlı fikirlərini bölüşüb

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "Red Bull" pilotu Maks Ferstappen yarışla bağlı fikirlərini bölüşüb.

Far.Az "Report"a istinadən xəbər verir ki, niderlandlı sürücü mübarizə aparmağın asan olmadığını bildirib.

O, son yarışların komandası üçün möhtəşəm alındığını vurğulayıb:

"Bu, 2023-cü ildəki yarışa bənzəyirdi. Amma bu həftəsonu bizim üçün inanılmaz oldu. Qalib gəlmək sadəcə möhtəşəmdir. Bolidim bu gün çox yaxşı idi".

Chosen
27
2
far.az

6Sources