EN

Bir dəfə yaşayırıq: dağıdıcı davranışı nə vaxt seçirik?

Niyə müasir ekoloji və siyasi böhranlar, bəşəriyyət üçün mövcudluq təhlükəsi yaradan çağırışlar insanlarda qeyri-rasional xərcləmə və istehlakına gətirib çıxarır? Mən bunu “asteroid iqtisadiyyatı” adlandırıram. Biz yaxınlaşan xaosu hiss etdiyimiz üçün düşünmədən istehlak edirik. Gələcək olmayacaqsa, niyə qənaət edək? Planet məhv olurkən niyə yığaq? İstər iqlim kollapsı, istər nüvə müharibəsi, istərsə də kiber Apokalipsis – obrazlı desək, asteroid yaxınlaşır, biz isə bu an üçün xərcləyirik.

Belə adlanan “Qiyamət xərcləri” – yəni insanlar stresslə mübarizə aparmaq üçün vəsaitlərini dağıtdığı fenomen, narahatedici bir paradoks yaradır: ehtiyatlılığa səsləyən xəbərlər əksinə, insanların həvəs və zəifliklərinə təslim olmasına gətirib çıxarır. İnsanlar iqlim dəyişikliyinin, nüvə silahlarının və ya süni intellektin təhlükəsini görməzdən gəlmir, sadəcə sonuncu dəfə alış-veriş etməyə can atırlar.

Tarix boyu insanlıq mövcudluq təhdidi ilə üz-üzə qalanda qənaətə yox, əksinə, dəbdəbəli israfçılığa yönəlib. XVIII əsrin 1780-ci illərində Fransa maliyyə böhranı zamanı aristokratlar, çöküş qarşısında olduqları halda, orduda islahatlara və ya yeniliklərə vəsait ayırmaq əvəzinə, dəbdəbəli xərclərini daha da artırdılar. 1786-cı ildə minlərlə fəhlə Versalda etiraz edərkən, saray əyanları möhtəşəm bal məclisləri ilə əylənirdilər. Taun dövründə insanlar qənaət etmirdi, əksinə, var-dövlətlərini israfla xərcləyirdilər. İtalyanlar “dünyəvi sərvətlərdən həzz alır”, şən ziyafətlər təşkil edirdilər, İngiltərə kralı III Eduard isə bayram ovqatını saxlamaq üçün turnirlər keçirirdi.

COVID-19 pandemiyası mövcudluq təhlükəsinə müasir dövrün ən parlaq nümunəsidir. İqtisadi böhran fonunda dəbdəbəli avtomobil satışları qəfil artmışdı. Mercedes dilerlərinin bəziləri 2020-ci ilin ortasında gözlənilməz tələbatdan “səmimi şəkildə təəccübləndiklərini” bildirdilər. Ferrari, Lamborghini və Rolls-Royce kimi brendlərin satışları da böhran dövründə yüksəlmişdir.

2024-cü ildə Dünya İqtisadi Forumu (DİF) ekoloji, siyasi və texnoloji böhranların kəskinləşməsi barədə, sivilizasiyanın özünə təhdid yaratması ilə bağlı hesabat yaymışdı. Bundan əlavə, BMT ilk dəfə risklər barədə hesabat dərc etdi, sorğular isə insanların dünyada mövcudluq təhlükələrindən getdikcə daha çox narahat olduğunu göstərirdi.

Bu, demək olar ki, sinxron görünürdü: müxtəlif qurumlar eyni anda bəşəriyyətin özünü təhlükəli vəziyyətə saldığını etiraf edirdilər. Bir il ərzində avtomobil satışları rekorda çatdı, 2025-ci ilin martı son 50 ilin ən parlaq ayı oldu. Şirkətlər və sadə insanlar yeni tariflər qüvvəyə minmədən əvvəl alqı-satqıya qaçdılar. Ehtiyatlılığa çağırışlar qənaəti deyil, əksinə “Qiyamət xərclərini” stimullaşdırdı. İnsanlar malları böhrana rəğmən deyil, məhz böhran səbəbilə alırdılar.

Asteriod iqtisadiyyatını sivilizasiya miqyasına qaldırdıqda vəziyyət daha da aydın görünür. Axırzaman hesabatları nə qədər dəqiq aparılırsa, o qədər də israfçılığa bəraət qazandırır. İnsanlar superkompüterlərlə iqlim kollapsını modelləşdirir, Amazon isə dronlarla çatdırılma edir. Analitik mərkəzlər nüvə riskini hesablarkən, ABŞ növbəti onillikdə nüvə arsenalının modernləşdirilməsinə 946 milyard dollar xərcləməyi planlaşdırır. Texnoloji şirkətlər məhdud təhlükəsizlik çərçivəsində süni intellekti sürətlə inkişaf etdirir, kriptovalyuta əməliyyatları isə Polşa qədər enerji sərf edir. Bilgi yayılması sivilizasiyanı xilas etməli idi, amma əksinə, onu uçuruma aparan mexanizmə çevrildi.

İllərlə milyardlıq sistemlərin mövcudluq təhlükələri fonunda necə işləyəcəyini hesablamaq insana bir həqiqəti açır: bəşəriyyətdə gizli qorxu var, çünki insanlar öz kövrəkliyini dərk edir. Elmi araşdırmaların mahiyyəti nəzəriyyələrin heç vaxt tam təsdiqlənməməsi, yalnız təkzib olunmasıdır. Bu isə insanı daima qeyri-müəyyənlik içində işləməyə məcbur edir.

Hər gün proqnozlaşdırılması mümkün olmayan faktorlarla doludur. Risklərin hesablanması bəşəriyyətdəki qeyri-müəyyənlik atmosferini daha da artırır. İnsanlar bütün nəticələri görə bilməyəndə, gələcəyin özünün qeyri-müəyyən olduğuna inanır və davranışlarını da buna uyğun qururlar. Müdafiə sistemlərindəki risk analizi göstərdi ki, təşkilatlar (və bəlkə də insanlar) nəzarət edə bilmədikləri gələcək qarşısında özünü belə aparır.

Asteriod iqtisadiyyatının ən absurd nümunəsi SpaceX-in Mars koloniyaları vədləridir. Niyə? Bizim üçün Yer qədər uyğun ikinci planet olmayacaq. Asteriod hasilatı ilə məşğul olan şirkətlər nadir elementləri və digər sərvətləri başqa göy cisimlərindən çıxarmağı planlaşdırırlar – məqsəd sadəcə mənfəətdir.

“Don’t Look Up” (2021) filmində bu gözəl təsvir olunub. İnsanlıq kometaya qarşı yox, mənfəət üçün reaksiya verirlər.

Ən incə məqam isə odur ki, risk barədə nə qədər çox bilsək, bir o qədər də məsuliyyətsiz oluruq. İqlim alimləri kollapsı daha dəqiq modelləşdirir, siyasət institutları insanlığın məhvi ehtimalını bürokratik dəqiqliklə hesablayır. Hər bir təhdid ehtimalla ölçülür, statistikaya çevrilir. Bu arada fond bazarı yeni zirvələrə qalxır, SpaceX Mars şəhəri planlaşdırır. Risk hesabatlarının hər biri, sanki, şüursuz şəkildə dəbdəbəyə icazə verir. Biz psixoloji tələyə düşürük: mövcudluq riskini dərk etdikcə, onu daha da böyüdən davranış sərgiləyirik. Texno-milyarderlər iqlim hesabatı oxuyur, sonra lüks bunkerlər tikdirir, server fermaları isə enerji yandırır. Neft şirkətləri iqlim araşdırmalarına sponsorluq edir, amma eyni zamanda yeni qazma işləri aparır. Siyasətçilər nüvə riskləri barədə hesabat sifariş edir, sonra hərbi xərcləri artırır.

Asteriod nəzəriyyəsi ənənəvi iqtisadiyyata meydan oxuyan oxuduğu aydın görünür. Niyə insanlar qənaətdən imtina edib, ehtiyac olmayan xərclərə yönəlir, halbuki vəsait azdır? Niyə insanlar nəticələri bildikləri halda ekoloji dağıntıya səbəb olan seçimləri edir? Niyə insanlar sanki zaman tükənirmiş kimi istehlaka can atırlar?

“Özünlə aparmayacaqsan” ifadəsi fərdlərə aiddir, amma eyni psixologiya bəşəriyyətin şüuraltısında da yaşayır. Əgər sivilizasiya müvəqqətidirsə – onun sonu nüvə silahlarından, iqlim dəyişikliyindən, süni intellektdən və ya real asterioddan gələ bilərsə – uzunmüddətli qənaət mənasız görünür. Mövcudluq təhdidi min xırda qərarda təzahür edir. Hər qərar eyni məntiqə tabedir: indi istehlak et, çünki sabah ola da bilər, olmaya da.

Asteriod nəzəriyyəsi bəraət deyil, diaqnozdur. Bu, izah edir ki, niyə biz sivilizasiya miqyaslı risklər qarşısında belə davranırıq. Biz nüvə silahları yaratdıq, iqlim sistemlərini sıradan çıxardıq, dayandırıla bilməyən süni intellekt inkişaf etdiririk. Amma bəlkə də elə asteriod nəzəriyyəsinin özü tələdir, hansının ki, içindən çıxmalıyıq.

Burada Nobel mükafatlı iqtisadçı Harri Markovitsin ideyasını xatırlamaq vacibdir: “bütün yumurtaları bir səbətə qoymayın.” Riskləri müxtəlif investisiyalar arasında bölün. Qeyri-müəyyənliyə qarşı davamlı portfellər yaradın. Biz isə bunu əksinə edirik: səhmləri diversifikasiya edirik, amma sivilizasiyanın özü bir səbətdə yaşayır – Yer kürəsində, hansı ki, biz onu məhv riski ilə yükləyirik.

İlk addım – asteriod nəzəriyyəsinin gündəlik həyata təsirini görməkdir. Artıq borclara baxmayaraq dəbdəbəli alış-veriş, karbon emissiyasına rəğmən əlavə uçuşlar, emosional xərcləmələr – bunların hər biri gələcəyi rədd etmək deməkdir. Özünüzü “sonuncu dəfə” xərcləmə davranışında tutanda, sual verin: mən bunu gələcəyim üçün edirəm, yoxsa artıq gələcəkdən imtina etdiyim üçün?

Biz investisiya portfellərində riskləri incə idarə edirik, amma enerji sistemlərində, silah arsenalında və istehlak modelində fəlakət riskini qəbul edirik. Bəs nə üçün Markovitsin diversifikasiya məntiqini sivilizasiyanın özünə tətbiq etmirik? Bu, limitsiz böyümənin məhdud planetdə riyazi olaraq mümkünsüz olduğunu qəbul etməkdir. Bu, lazımsız istehsalı azaltmaqdır. Bu, insanların ekzistensial stress altında necə davrandığını nəzərə alan siyasətlər hazırlamaqdır.

Bütün bu risk hesablamaları sivilizasiyanın özünü məhv etməsinə bəraət qazandırmaq üçün deyil, sistemli şəkildə riskləri azaltmaq üçün istifadə olunmalıdır. Biz məhvolma ehtimalını sürətli özünü-məhvetmə bəhanəsi kimi deyil, fəaliyyət planı üçün xəbərdarlıq kimi qəbul etməliyik.

Ən dərin dəyişikliklər, sivilizasiya fətalizminin verdiyi gizli rahatlıqdan imtina tələb edir. Biz yox olmaq riskinə qarşı sığortalanmalı, yoxsa ona sərmayə qoymalı deyilik. Bu o deməkdir ki, bizim gələcəyimiz var və onu qorumağa dəyər.

Asteriod nəzəriyyəsinin dərsi budur: biz onu aşmalıyıq. Fətalizmi şüursuz şəkildə qəbul etdiyimizi anlamaqla, başqa yol seçməyə başlaya bilərik. Alternativ – qısamüddətli mənfəəti deyil, uzunmüddətli yaşamağı hədəfləyən iqtisadi-siyasi sistemlər yaratmaqdır. Biz mütləq sivilizasiyanı məhv edən asteroid olmalı deyilik. Davranışımızı dəyişərək həyat və cəmiyyətimizi daha yaxşı edə bilərik.

 

Chosen
23
banker.az

1Sources