EN

Londona uçan təyyarə Bakıya eniş edib

"EVA Air" aviaşirkətinə məxsus və Bankonq - London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

Bu barədə Heydər Əliyev Hava Limanının Mətbuat Xidmətindən bildirilib.

"Boeing 777" tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Chosen
7
41
xezerxeber.az

10Sources