Azərbaycan paraüzgüçüsü Roman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə yarışında fərqlənib.
Finişə 1:01.58 nəticə ilə birinci çatan idmançı dünya çempionu olub.