"Nə qədər "dayı" dəyişəcəklər?"
"Kişi yüksələndə heç nə demirlər. Qadın mübarizə edəndə, harasa yüksələndə deyirlər nə etdi? Cırmaq-cırmaq gəlib, necə gələcək? Bir çoxu incəsənətə başqa yolla gəlib deyə, elə bilirlər asandır. Əlaqələrlə, yaxınlıqlarla incəsənətə gələnlər var. İncəsənət adı altında dəyər qaldırırlar, maddi yaşayışlarını yüksəldənlər asan gəlib".
Axşam.az xəbər verir ki, aktrisa Zülfiyyə Qurbanova "Künc-bucaq" yutub layihəsində deyib. Aktrisa sənətə gələnlərdən danışıb. O bildirib ki, bir çoxları incəsənətə başqa yolla gəlib, pul qazanırlar:
"Mənim kimi teatrda külüng vuranların əməyinə adi baxılır. 2003-cü ildən külüng vururam. 22 ilə yaxındır zəhmətimlə, əziyyətimlə, istedadımla, kirpiyimlə od götürə-götürə gəlmişəm. İndi şərait yaradılır, əvvəl belə deyildi. 4 il universitet, 2 il magistratura, 18 il teatr fəaliyyətim
var.
Hərdən qınayıram, hərdən deyirəm, yaşamağın yolunu tapıb. Yaradıcılıq yoxdur, nədən danışsın? Yaradıcı olmayan özünü nümayiş etdirir.
Bəzən müasihəbələr oxuyuram, necə rahatdılar... Bu yol bizlik deyil. Sənəti olanlar qalıcıdır. "Dayı"sı olanlar yox, nə qədər "dayı" dəyişəcəklər?".