EN

Qurban Qurbanov: "Bunlar işimizi bir az da asanlaşdırdı"

"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət oldu. Hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, çox bərk kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi bir az da asanlaşdırdı".

İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında V turun "Araz-Naxçıvan"la səfər oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis əlavə edib ki, "Araz-Naxçıvan"ın çox təhlükəli hücum xətti var, istənilən an qapında qol görə bilərsən: "Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək var idi. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram.jurnalistlərin suallarını da cavablandırıb".

Qurban Qurbanov Ramil Şeydayevlə bağlı da açılama verib: "Məncə, yaxın zamanlarda. Qarşıdakı matçlarda yavaş-yavaş meydana buraxa bilərik. Son vaxtlarda fərdi məşqlər edirdi. Ancaq çempionatın başlamasına qədər, komandası ilə yaxşı hazırlıq keçmişdi.

Baş məşqçi bildirib ki, bəzi meydançalara baxanda, bu gün oynadıqları daha yaxşı olub: "Futbolçular daha rahat oynayırdılar. İlk hissədə meydança sanki daha quru görünürdü, su yox idi, vurulmamışdı. Bəlkə də əvvəlcədən vurulmuşdu, küləyə görə qurumuşdu. Fasilədə meydança sulandı və ikinci hissədə topla davranmaq daha rahat oldu. Zədə məsələsinə gəldikdə, bu barədə düşünəndə, bəlkə insanın başına daha çox belə hadisələr gəlir. Oyunun gedişatına görə addımlar atdıq".

İdman.biz

Chosen
25
11
idman.biz

10Sources