EN

“İçimizdəki “şimpanze“: Alkoqol sevgisinin təkamül sirri“ Tarixçilərin araşdırması

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Alkoqola meylimiz milyonlarla il əvvələ, primat əcdadlarımıza gedib çıxır..."

Alkoqola qarşı cazibəmiz təsadüfi deyil. Bu meyl, alimlərin sözlərinə görə, qədim əcdadlarımızın meyvəli meşə həyatından qaynaqlanır.

Moderator.az xəbər verir ki, bu barədə "Science Advances" nəşri yazıb.

Alimlərin fikrincə, meyvələr təkcə qida mənbəyi deyildi, onlar həm də sosial bağların, əyləncənin və qrup içi qarşılıqlı əlaqənin bir vasitəsi idi. Milyon illər əvvəlki primatlar, meyvələrin fermentləşərək yüngülcə "sərxoşedici" xüsusiyyətlərini gündəlik həyatın bir hissəsi kimi qəbul edirdilər.

Təkamül və alkoqolun başlanğıcı

O dövr primatları üçün fermentləşmiş meyvələr yalnız enerji mənbəyi deyildi. Onlar qoxusu və dadı ilə qida seçimində, həmçinin sosial davranışlarda yön göstərirdi. Meyvələrin aroması və fermentasiya səviyyəsi primatlar üçün əsl "siqnal" funksiyasını yerinə yetirirdi: hansı meyvənin yeməyə yararlı olduğunu, hansının isə daha ləzzətli və cazibədar olduğunu bildirirdi. Beləliklə, etanol primatların gündəlik həyatına həm qida, həm də sosial əlaqələrin ayrılmaz elementi kimi primatların həyayına incə, amma mühüm şəkildə qarışmışdı.

Şimpanzelər və "sərxoş şimpanze nəzəriyyəsi"

Bizim ən yaxın canlı qohumlarımız olan şimpanzelər vəhşi mühitdə insan üçün pivə butulkasına elvivalent miqdarda alkoqol qəbul edirlər. Kaliforniya Universitetinin tədqiqatçıları bu fenomeni "sərxoş şimpanze nəzəriyyəsi" adlandırır. Etanol primatlar üçün qoxu və dad siqnalı olmaqla yanaşı, qrup içi əlaqələri möhkəmləndirir. Şimpanzelər meyvələri paylaşanda, qrup içində sosial ritmlər yaranır - alkoqol da bu ritmin bir parçasıdır. Bu meyl irsi olaraq nəsildən-nəsilə ötürülüb və müasir insanın alkoqol münasibətində gizli, qədim izlər buraxıb.

İnsanlarda alkoqola meyl və sosial əhəmiyyəti

Beləliklə, bizim alkoqola meylimiz təkcə dad və zövq deyil, həm də milyon illik təkamül yadigarıdır. Biz şimpanzelər kimi qida, sosial əlaqələr və ətraf mühitlə qarşılıqlı təsirimizi qədim davranış nümunələri ilə əlaqələndiririk. Hər bir stəkan şərab, hər bir toplaşma, hər bir qohumluq və dostluq bayramı, əslində, min illər əvvəlki fermentləşmiş meyvələrin təcrübəsinin davamıdır.

Alkoqol insan tarixində həm əyləncənin, həm də sosiallaşmanın rəmzi olub. Hər bir qurtum bizə təkcə dad hissini yox, həm də milyonlarla illik təkamül mirasını xatırladır. İçimizdəki "şimpanze" isə bu qədim məhrumiyyətsiz zövqü hələ də sevir və bizə insanlığın kökləri ilə bağlı dərin bir hekayə danışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
moderator.az

2Sources