EN

İşlənmiş avtomobillərin qiyməti arta bilər – BU SƏBƏBDƏNVİDEO

İşlənmiş avtomobillərin qiyməti arta bilər. Qiymətlərdə 2-3 min manat artım proqnozlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. Müddət 2026-cı ilin yanvarın 1-dək nəzərdə tutulub. Həmin müddətin uzadılıb-uzadılmayacağına dair dəqiq məlumat isə hələlik yoxdur.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, hibrid avtomobillərə tətbiq olunan güzəştlərin bitəcəyi, elektrikli avtomobillərdə isə davam edəcəyi gözlənilir.

Eyyub Əliyev bildirib ki, sözügedən avtomobillərə tətbiq edilən güzəş davam edərsə, ikinci əl avtomobillərin satışı olduqca çətinləşəcək. Bu isə hibrid və elektormobillərin satışını kəskin artıracaq.

Eyyub Əliyev qeyd edib ki, hazırda qərarın necə olacağı tam bilinmədiyindən tərəddüddə qalan potensial alıcılar da kifayət qədərdir. Bu isə avtomobil bazarında durğunluq yaradır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
17
11
xezerxeber.az

10Sources