Suriyanın hazırkı Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a gedib.
Publika.az xəbər verir ki, bu barədə "Suriya" TV məlumat yayıb.
Kanal qeyd edib ki, Suriya prezidentinin ABŞ-a sonuncu sənədləşdirilmiş səfəri 1967-ci ilin yayında baş tutub.
Əl-Şaraanın səfərinin beş gün davam edəcəyi gözlənilir. Onu ən azı dörd nazirdən ibarət nümayəndə heyəti müşayiət edir. Səfər zamanı siyasətçi ABŞ-da Suriya icması ilə görüşəcək, ABŞ-la diplomatik münasibətlərin bərpası, o cümlədən Vaşinqtonda səfirliyin açılması məsələlərini müzakirə edəcək və BMT Baş Assambleyasında çıxış edəcək.