EN

"Avropa üçüncü dünya müharibəsinə doğru getmir"

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropanın üçüncü dünya müharibəsinə doğru getmədiyini bildirib, lakin PUA-larla bağlı son insidentlər fonunda NATO-nun Avropa dayağının gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Ölkə.az" xəbər verir ki, sədr bu barədə Welt am Sonntag nəşrinə verdiyi müsahibədə deyib.

“Biz çox təhlükəli dövrdə yaşayırıq. Mən Avropada sülhü və azadlığı qorumaq üçün əlimdən gələni edəcəyəm. Məhz buna görə biz müdafiə qabiliyyətimizi bu qədər qətiyyətlə gücləndiririk” – deyə o vurğulayıb.

Eyni zamanda o bildirib ki, xüsusən Polşada baş verən son PUA insidentləri NATO-nun “daha güclü Avropa dayağı”na ehtiyac olduğunu göstərib.

“İnsidentlər, xüsusilə Polşada baş verənlər, son dərəcə ciddidir. NATO bizim kollektiv müdafiəmizin mərkəzi olaraq qalmalıdır, lakin bizə həm də daha güclü Avropa dayağı lazımdır. Avropa təhlükəsizlik məsələlərində daha müstəqil və asılı olmayan olmalıdır”, – fon der Lyayen vurğulayıb.

Chosen
7
4
olke.az

5Sources