EN

Makron: Fransa Qəzzadakı hadisələri genosid hesab etmir


Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Qəzzada baş verənləri “genosid” kimi qiymətləndirmək siyasi bəyanat deyil və belə qərarı yalnız məhkəmələr və ya tarixçilər sübutlar və aydın hüquqi baza əsasında verə bilər. 

Musavat.com-un məlumatına görə Makron əlavə olaraq vurğulayıb: “Bu sadəcə siyasi bəyanat deyil. Bir şeyi genosid kimi tanımaq yalnız hakimlərə və ya tarixçilərə məxsusdur — bu, bir sıra sübutlar, aydın hüquqi baza və açıq elementlər əsasında müəyyən edilməlidir".

Prezident həmçinin humanitar vəziyyətə və sülh axtarışlarına toxunaraq, məsələnin hüquqi və tarixi qiymətləndirilməsinin vacibliyini qeyd edib. 

Musavat.com

Chosen
16
2
musavat.com

3Sources