EN

Vətəndaşlar tikilməkdə olan binalarda hansı hallarda aldadılır?VİDEO

Vətəndaşlar mənzil alarkən yalnız hazır binalara deyil, tikilməkdə olan layihələrə də üstünlük verirlər. Lakin, bu prosesdə ciddi risklər mövcuddur.

Xezerxeber.az-ın xəbərinə görə, əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda çoxmənzilli binalar inşa edən tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşların sayı 5 min 250 nəfərdən çoxdur.

Ekspertin sözlərinə görə, 90-cı illərdən başlayaraq Bakıda və digər böyük şəhərlərdə tikilən yaşayış binalarında mənzillər alqı-satqı müqaviləsi əsasında vətəndaşlara təqdim olunub. Pul tam ödənildikdə şirkət maliyyə arayışı verib. Bina tikilib təhvil verildikdən sonra isə həmin mənzillərə çıxarış yalnız bu sənədlər əsasında rəsmiləşdirilib.

Onun sözünə görə, tikinti şirkətləri ilə bağlanan müqavilələr, maliyyə sənədləri və binaların çıxarış məsələsi vətəndaşlar üçün problem yarada bilər. Hazır olmayan binadan mənzil alarkən mütləq müqavilə və sənədlərin qanuniliyi yoxlanılmalıdır",-deyə ekspert vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
10
xezerxeber.az

1Sources