EN

Qəzzada fəlakətdir, məşğul olacağıq - Tramp

ABŞ Prezidenti Donald Tramp Qəzzadakı vəziyyəti fəlakət kimi qiymətləndirərək, Vaşinqtonun bununla məşğul olmasının lazım olduğunu deyib.

Axar.az xəbər verir ki, o, bu barədə "Foks Nyus"a müsahibəsində deyib.

"Qəzza açıq şəkildə bir fəlakətdir. Biz bunu həll etməliyik", - o bildirib.

Amerika liderinin sözlərinə görə, onun sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ehtiyac duyduğu digər münaqişə Ukrayna böhranıdır.

"Yeddi müharibəni həll edə bildik. Bir ya da ikisi qalıb. Rusiya və Ukrayna ilə hər şeyi həll etməliyik, bu, dəhşətlidir".

Chosen
9
axar.az

1Sources