EN

Musiqi aləmində parlayan istedad: Ramin Bayramovun doğum günü

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

22 sentyabrda dünyaya göz açan Ramin Bayramov musiqiçi ailəsində böyüyüb. Atası Namiq Hüseynov Qarabağ bölgəsində, xüsusilə də Bərdə şəhərində tanınmış qarmon ifaçısı olub və uzun illər görkəmli xanəndə Sədi Məmmədovun ansamblında çalışıb.

Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Ramin Bərdə şəhər 1 nömrəli musiqi məktəbinə daxil olub, daha sonra Gəncə şəhərində Qəmbər Hüseynli adına Musiqi Kollecini bitirib. O, 2000-ci ildə II Dünya müharibəsinin 55-ci ildönümünə həsr olunmuş beynəlxalq muğam müsabiqəsinin qalibi, 2006-cı ildə “Azəristar” layihəsinin finalçısı, 2016-cı ildə “Azərbaycanın səsi” layihəsinin finalçısı, 2025-ci ildə isə “Xalqın səsi” layihəsinin qalibi olub.

Ramin sənətin incəliklərini görkəmli müəllimlərdən öyrənib. Onun müəllimləri arasında xanəndə Maarif Məmmədov, xanəndə Vaqif Mirzəyev, Əməkdar artistlər Səbinə İlyasova və Nailə Mirməmmədli yer alır.

Əməkdar artist Səbinə İlyasova Raminlə bağlı fikirlərini belə ifadə edib:

"Mən bu istedadlı gənc müğənnimizə arzu edirəm ki, onu böyük səhnələrdə görüm. Onun sənətlə bağlı ürəyində çoxsaylı arzular var və diləyim budur ki, bütün arzularına çatsın. Mən öz tələbəmlə fəxr edirəm, çünki o, fitri istedada malikdir. Ramin artıq yalnız Qarabağ bölgəsində deyil, bütün Azərbaycanda tanınmalıdır. Bu gün onun doğum gününü ürəkdən təbrik edirəm və ona sənət yolunda böyük uğurlar, layiq olduğu zirvələrdə, sənət aləminin ən uca məqamlarında parlamasını arzulayıram".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
redaktor.az

2Sources