EN

Filippində iğtişaşlar: 40-a yaxın polis əməkdaşı yaralanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Filippinin paytaxtı Manilada keçirilən korrupsiya əleyhinə etirazlara təxminən 8 min nəfər toplaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Inquirer" məlumat yayıb.
Məlumata görə, aksiya zamanı bir qrup naməlum şəxs polisə daş və butulkalar ataraq iğtişaşa səbəb olub.
Aksiya daşqınlara qarşı mübarizə fondundan külli miqdarda vəsaitin oğurlanmasına etiraz olaraq təşkil edilib. Etirazçılar itirilmiş vəsaitlərə görə məsuliyyət daşıyan məmurların cəzalandırılmasını tələb ediblər.
İğtişaşlar zamanı 40-a yaxın polis əməkdaşı yaralanıb.
Chosen
15
3
oxu.az

5Sources