EN

"Qarabağ" və "Neftçi" qələbə qazandı 

Futbol üzrə Misli Premyer Liqasında V tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.

 

Oyun Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İkinci qarşılaşmada isə “Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüşdə Bakı klubu 2:0 hesabı ilə qalib gəlib.

 

Bu nəticədən sonra "Sumqayıt" turnir cədvəlində 10 xalla 2-ci, eyni xala malik "Araz-Naxçıvan" 3-cü, “Qarabağ” 7 xalla 5-ci, “Neftçi” 6 xalla 8-ci sırada yer alıb.

 

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında "İmişli" "Karvan-Yevlax"a, "Qəbələ" "Kəpəz"ə 3:0, "Zirə" "Şamaxı"ya 2:1, "Sabah" "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib.

Chosen
35
7
modern.az

10Sources