Ajans.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron "CBS News"a müsahibəsində deyib. Makron qeyd edib ki, ABŞ səfirinin bu fikirləri diplomatik əlaqələri təhlükə altına salır: "Ya fikrini sərbəst ifadə etmək istəyən bir insansan, ya da diplomatsan. Diplomatiya qaydalarına əməl etməlisən. Amerika vergi ödəyicilərinin pullarını bu cür bəyanatların maliyyələşdirilməsi üçün istifadə edə bilmərsən" Ötən ay Fransa Xarici İşlər Nazirliyi ABŞ səfirinə nota verib. Nazirlik səfirə “dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyini” təsbit edən 1961-ci il Vyana Konvensiyasını xatırladıb və Kuşnerin bəyanatlarının “beynəlxalq hüquqa zidd” olduğunu bildirib.
Qeyd edək ki, Kuşnerə görə, ABŞ Fransada antisemitizmin kəskin artmasından və hökumətin bununla lazımi səviyyədə mübarizə aparmamasından narahatdır.