EN

Fələstinin tanınması praktiki tədbirlərlə müşayiət olunmalıdır

“Fələstinin Avstraliya, Böyük Britaniya və Kanada tərəfindən tanınması mühüm addımdır, lakin bu, həmin dövlətlərin hakimiyyət orqanlarının praktiki tədbirləri ilə müşayiət olunmalıdır.” 

Redaktor.az xəbər verir ki, bu sözlər HƏMAS-ın “Telegram” kanalında yaydığı bəyanatda öz əksini tapıb. 

"Fələstinin müstəqilliyinin tanınması mühüm addımdır, lakin bundan sonra Qəzza zolağında müharibəni dərhal dayandırmaq və İordan çayının qərb sahilinin ilhaqının qarşısını almaq üçün əməli tədbirlər görülməlidir", - bəyanatda deyilir. 

Bəyanatda həmçinin qeyd olunur ki, hərəkat Fələstin dövlətinin tanınmasını öz azadlığı uğrunda mübarizə aparan Fələstin xalqına verilən qiymət hesab edir.

Chosen
31
6
redaktor.az

10Sources