EN

ÜÇ BÖYÜK DÖVLƏT FƏLƏSTİNİ RƏSMƏN TANIDI Daha 7 ölkə bu qərarı verməyə hazırlaşır

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

BMT Baş Assambleyası ərəfəsində Avstraliya, Böyük Britaniya və Kanada Fələstin Dövlətini tanıdığını rəsmən bəyan edib

"AzPolitika" xəbər verir ki, bu barədə hər üç ölkənin baş nazirləri məlumat verib.

“1947-ci ildən bəri hər bir Kanada hökumətinin siyasəti Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll yolunu dəstəkləməkdən ibarətdir. Bu, suveren, demokratik yaşaya bilən Fələstin Dövlətinin yaradılmasını şərtləndirirdi”, - Kanada Baş naziri Mark Karni bildirib.

Britaniyanın Baş naziri Keir Starmer də tarixi bəyanatla çıxış edib: “Bu gün fələstinlilər və israillilər üçün sülh və iki dövlətli həll ümidəlrini canlandırmaq üçün Böyük Britaniya Fələstin Dövlətini rəsmən tanıyır. Biz sülh və iki dövlətli həll imkanını yaşatmaq üçün çalışırıq". 

O bildirib ki, israillilər və fələstinlilər zorakılıq və əzab olmadan sülh içində yaşamaq istəyirlər: "İki dövlətli həllə ümid azalır, lakin biz bu işığın sönməsinə icazə verə bilmərik. Bu gün biz Fələstin dövlətini tanıyan 150-dən çox ölkəyə qoşuluruq".

Avstraliyanın Baş naziri Antoni Albanese xarici işlər naziri Penny Vong ilə birgə bəyanatında “Avstraliya müstəqil və suveren Fələstin Dövlətini tanıyır” açıqlayıb.

"Avstraliyanın bu gün Kanada və Böyük Britaniya ilə birlikdə Fələstini tanıması iki dövlətli həll üçün beynəlxalq səylərin bir hissəsidir" - deyə Avstraliyanın Baş naziri Entoni Albanese bildirib.

Qeyd edək ki, Fələstin Dövləti 1988-ci il noyabrın 15-də müstəqilliyini elan edib. Həmin vaxtdan Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən 147-si Fələstin Dövlətini rəsmən tanıyıb.

Avstraliya, Böyük Britaniya və Kanadanın Fələstin Dövlətini tanıması son olmayacaq. ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının 80-ci iclası ərəfəsində daha 7 ölkənin Fələstini tanıdığını elan etməyə hazırlaşdığı bildirilir. Belə ki, Fransa, Belçika, Lüksemburq, Malta, Portuqaliya, Andorra və San-Marinonun da Fələstin dövlətini tanıdıqlarını elan edəcəkləri gözlənilir.

Bu 10 ölkənin BMT Baş Assambleyasında verəcəyi açıqlamalarla Fələstin Dövlətini tanıyan ölkələrin sayının 157-yə yüksələcəyi gözlənilir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
50
azpolitika.info

10Sources