EN

Portuqaliya Fələstini dövlət kimi tanıdı

Portuqaliya rəsmi olaraq Fələstin dövlətini tanıyıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Paulo Rangel bəyanat yayıb.

Lissabon rəsmisi bildirib ki, Fələstin-İsrail münaqişəsinin yalnız iki dövlət əsasında həllini dəstəkləyir.

Yaxın günlərdə Andorra, Belçika, Lüksemburq, Malta və San Marino da Fələstini tanıdıqlarını elan edəcəklər.

Chosen
53
operativmm.az

1Sources