Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İspaniya La Liqasında 5-ci turun "Barselona" - "Xetafe" matçına yekun vurulub.
Oxu.Az xəbər verir ki, oyunda Kataloniya təmsilçisi 3:0 hesablı qələbəni bayram edib.
15-ci dəqiqədə "Barselona"nın hücumçusu Ferran Torres yarımmüdafiəçi Dani Olmonun ötürməsi ilə hesabı açıb. Torres 34-cü dəqiqədə braziliyalı Rafinyanın ötürməsi ilə ikinci qolunu vurub. 62-ci dəqiqədə Olmo yekun hesabı müəyyən edib.
Beləcə, "Barselona" xallarını 13-ə yüksəldib. Kataloniyalılar lider "Real Madrid"dən 2 xal geri qalaraq turnir cədvəlində ikincidir. "Xetafe" isə 9 xalla 7-ci yerdədir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.