ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliya A Seriyasının 4-cü turunda keçirilən "İnter" - "Sassuolo" matçına yekun vurulub.
Oxu.Az xəbər verir ki, oyun Milandakı Cüzeppe Meatsa stadionunda baş tutub və meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə bitib.
Bu matçdan sonra "İnter" 6 xalla İtaliya çempionatının cədvəlində 10-cu pillədə qərarlaşıb. "Sassuolo" is 3 xalla 14-cü pillədədir.
Növbəti turda Milan təmsilçisi səfərdə "Kalyari" ilə qarşılaşacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.