EN

Ayının hücumun məruz qalan kişi ömrünün son dəqiqələrini videoya çəkdi

Yunanıstanda ayının hücumu nəticəsində dərəyə düşərək ölən Xristos Stavrianidis adlı turistin çəkdiyi video internetdə yayılıb.

Teleqraf xəbər verir ki, hadisə iyunun 8-də baş verib.

Stavrianidis dostu Dimitris Kioroğlu və onun iti ilə birlikdə təyyarə qalıqlarını araşdırmaq üçün meşəyə gedib. Kioroğlunun sonradan danışdığına görə, Stavrianidis ondan ayrılıb və böyük bir ayı ilə qarşılaşıb.

Turistlər yırtıcıya sprey vasitəsilə müqavimət göstərməyə çalışıblar. İt də onu qovmağa cəhd edib. Stavrianidisin spreyi bitdikdə, ayı ona hücum edib. Nəticədə kişi dərəyə düşüb. O, həyatının son dəqiqələrini telefon kamerası ilə çəkməyi bacarıb.

Kioroğlu dostunun öldüyünü dərhal başa düşmədiyini söyləyib. O, küknar ağacları arasında gizlənib və ayı qaçdıqdan sonra Stavrianidisi çağırmağa başlayıb. Cavab almadıqda, xilasetmə xidmətinə zəng edib.
Chosen
11
2
sherg.az

3Sources