EN

Çeçenistan Rusiyada Qurani Kərim nəşrinə şərait yaradan ilk region oldu

ain.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, respublika Rusiyada Qurani-Kərimin nəşri üçün şərait yaradan ilk region olacaq.

Doğru.az xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında yazıb: “İndi Çeçenistan Respublikası Rusiyada Qurani-Kərimin özünün nəşri üçün şərait yaradan ilk region olacaq. Bu hadisə bütün xalqımız üçün xüsusi mənəvi və mədəni əhəmiyyət kəsb edir”.

O, həmçinin respublika Müsəlmanları Ruhani İdarəsinin hesabat-seçki qurultayında iştirak edib. Qurultayda yeni müfti, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri Salah-Hacı Mejiyev ona çeçen ornamenti ilə hazırlanmış nadir Quran nüsxəsini hədiyyə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Beynəlxalq Kitab Günü ərəfəsində oxunması vacib olan kitabların siyahısını açıqlamış, orada Quranın da adı çəkilmişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
dogru.az

2Sources