Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları onun döyülərək qəsdən öldürüldüyü müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək öldürüldüyü müəyyən edirilib. Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.