İranın “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqları sentyabrın 22-si və ya 23-də Nyu-Yorkda xarici işlər nazirləri səviyyəsində baş tutacaq. Bu barədə İranın “Tasnim” agentliyi məlumat verib.
Görüşdə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas da iştirak edəcək. Xarici işlər naziri Abbas Ərakçi artıq Nyu-Yorka yola düşüb, “Mehr” xəbər verir. O, 23 sentyabrda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.
19 sentyabrda BMT Təhlükəsizlik Şurası “snapback” mexanizmi vasitəsilə İrana qarşı sanksiyaların bərpası qərarının bloklanmasını nəzərdə tutan qətnaməni rədd edib. Məhdudiyyətlər 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planı imzalandıqdan sonra ləğv edilib.