Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında qeyd edib ki, 2023-cü ilin 19–20 sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanın bütün ərazisində suverenliyi bərpa olunub. Bu isə gənclərin dövlətə inamının möhkəmlənməsinə böyük təsir göstərib.
“Artıq gənclər Azərbaycan dövlətinin gücünü öz gözləri ilə gördülər və bir daha əmin oldular ki, Prezident İlham Əliyevin verdiyi bütün vədlər addım-addım həyata keçirilir. Bu gün hər bir gənc qürurla deyə bilir ki, Azərbaycanın heç bir guşəsində separatizm yoxdur, hər yerdə üçrəngli bayrağımız dalğalanır,” – deyə QHT sədri vurğulayıb.
Onun fikrincə, bu tarixi hadisə gənclərin vətənpərvərlik tərbiyəsinə son dərəcə müsbət təsir göstərib:
“Maarifləndirmə işi apararkən biz artıq çox rahat şəkildə Azərbaycanın böyük zəfərindən, suverenliyimizin bərqərar olmasından və ölkəmizin regional güc kimi mövqeyinin möhkəmlənməsindən danışa bilirik. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizin ən mühüm halqasına çevrilməsi də bu uğurların təsdiqidir.”
Pərvanə Fərhadqızı