EN

Tovuzda kənd sakini qətlə yetirildi

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.

Doğru.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi araşdırmalar nəticəsində onun kənd sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

Chosen
19
38
dogru.az

10Sources