EN

Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident

Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir, 171 müəssisədən 98-i istehsala başlayıb. Bu zonalara 6,9 milyard manat sərmayə yatırılıb və təxminən 11 min iş yeri açılıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin ölkədə keçirilən beynəlxalq investisiya forumuna müraciətində bildirili. 

Prezidentin sözlərinə görə, bu proseslər nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb.

Əliyev qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 2017-ci illə müqayisədə 2,4 dəfə artıb, strateji valyuta ehtiyatları isə ikiqat böyüyüb. 

Xarici dövlət borcu ÜDM-in cəmi 6,5%-nə bərabərdir ki, bu da dünyada ən aşağı göstəricilərdən sayılır.

Prezident Azərbaycanın əlverişli coğrafi mövqeyinə toxunaraq ölkənin regional tranzit mərkəzinə çevrildiyini vurğulayıb. 

Onun sözlərinə görə, Orta Dəhlizdə yüklərin həcmi ildən-ilə artır və Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə daha da genişlənəcək.

Əliyev əlavə edib ki, Azərbaycanın enerji siyasəti ölkənin beynəlxalq iqtisadi mövqeyini gücləndirir. O, həm qaz ixracının, həm də günəş və külək enerjisi layihələrinin inkişaf etdiyini, Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonası”nın Azərbaycanın qlobal enerji keçidində aparıcı rolunu təmin etdiyini deyib.

N.Təbrizli

Chosen
20
anews.az

1Sources