EN

Rusiyadan Azərbaycana pul köçürmələr ilbəil azalır

Azərbaycanda əhaliyə pul köçürmələrdə əsas paya sahib olan Rusiyanın payı ildən-ilə azalır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Rusiyadan Azərbaycana köçürülən vəsaitlər 2024-ci ilin ilk 6 ayındakı 287,1 milyon dollardan 2025-ci ilin ilk 6 ayındakı 213,1 milyon dollara enib. Bu, 26 faiz azalma deməkdir.

Rusiyanın son ildə ümumi pul baratlarındakı xüsusi çəkisi 51 faizdən 40 faizə enib.

Eyni dövrdə Azərbaycandan Rusiyaya pul baratları isə 29,4 milyon dollardan 22,1 milyon dollara düşüb. Bu da 25 faiz azalma ilə xarakterizə olunur.

Ən çox artım isə Fransadan Azərbaycana köçürmələrdə qeydə alınıb – göstərici 2,5 milyon dollardan 12,1 milyon dollara yüksəlib. Bu, təxminən 4,7 dəfə (376 faiz) artım deməkdir.

Ümumilikdə Azərbaycana daxil olmuş pul baratlarının həcmi 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz azalaraq 567,8 milyon dollardan 534 milyon dollara düşüb. Xaricə köçürülən vəsaitlər isə 259,6 milyon dollardan 238,2 milyon dollara enib ki, bu da 8 faiz azalma deməkdir.

 

Chosen
10
banker.az

1Sources