Visa (NYSE: V) Azərbaycanda yeni ofisinin açıldığını elan edib.
Şirkət bildirib ki, bu addım Visa-nın ölkədə fəaliyyətini genişləndirməsi və nağdsız iqtisadiyyatın inkişafına dəstəyini gücləndirməsi məqsədi daşıyır.
Banker.az-ın məlumatına görə, yeni Bakı ofisində biznesin inkişafı, konsaltinq, məhsul və marketinq komandaları fəaliyyət göstərəcək. Visa bununla maliyyə qurumları, müəssisələr və istehlakçılarla əməkdaşlığını daha da möhkəmləndirməyi planlaşdırır.