EN

Huawei öz süni intellekt çiplərindən istifadə edərək dünyanın ən güclü kompüter klasterini yaradacaq.

Finss.az xəbər verir ki, Çinin telekommunikasiya nəhəngi Huawei süni intellekt üçün Atlas 950 hesablama superklasterinin yaradıldığını elan edib.

Şirkətin direktorlar şurasının sədr müavini Erik Xu Şanxayda keçirilən illik Huawei Connect konfransında bildirib ki, 520,000-dən çox Huawei Ascend çipindən ibarət yeni klaster 2026-cı ilin dördüncü rübündə istifadəyə veriləcək.

Klasteri təşkil edən hər bir sistem gələn il təqdim edilməsi planlaşdırılan Nvidia NVL144 sistemindən 6,7 dəfə güclü olacaq.

Chosen
16
fins.az

1Sources