EN

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya

ABŞ fond bazarlarında əsas indekslər artım nümayiş etdirib.

“APA-Economics”in məlumatına görə, “Dow Jones Industrial Average” 0,37% artaraq 46 315,27 bəndə, “S&P 500” 0,49% artaraq 6 664,36 bəndə, “Nasdaq Composite” 0,72% artaraq 22 631,48 bəndə yüksəlib. Kanada birjasının əsas göstəricisi olan “S&P/TSX Composite” də 1,07% artaraq 29 768,36 bənd təşkil edib. Yeganə azalma “NYSE Composite Index”də qeydə alınıb – indeks 0,05% azalaraq 21 493,97 bəndə enib.

Avropa fond bazarlarında isə qarışıq dinamika müşahidə olunub. “Euro Stoxx 50” 0,03% artaraq 5 458,42 bəndə, İspaniyanın “IBEX 35” indeksi 0,56% artaraq 15 260,70 bəndə yüksəlib. Digər tərəfdən, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,12% azalaraq 9 216,67 bəndə, Almaniyanın “DAX” indeksi 0,15% azalaraq 23 639,41 bəndə, Fransanın “CAC 40” indeksi isə 0,01% azalaraq 7 853,59 bəndə geriləyib.

ABŞ-də artımın əsas səbəbi texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan canlanma və Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə dair yumşalma gözləntiləri olub. Avropada zəif dinamikanın səbəbi isə enerji qiymətlərində qeyri-sabitlik və Avropa Mərkəzi Bankının (ECB) faiz siyasətinə dair qeyri-müəyyənliklərlə izah olunur.

Chosen
7
2
xalqcebhesi.az

3Sources