EN

“WhatsApp” yeni funksiyanı işə salır

“WhatsApp” messenceri istifadəçilərə vacib mesajlar üçün xatırlatma yaratmaq funksiyasını işə salacaq. Yenilik həm iOS, həm də Android cihazları üçün əlçatan olacaq.

İstifadəçi hər hansı bir ismarıcı unutmamaq üçün ona xatırlatma göndərilməsini istəyirsə, taymer qura biləcək və müəyyən müddətdən sonra smartfonunun ekranında zəng simvolu ilə bildiriş görünəcək.

Xatırlatma qurmaq üçün lazım olan mesajın üzərinə klikləmək və açılan menyudan müvafiq bəndi seçmək kifayətdir. Sistem 2, 8, 24 saatlıq vaxt intervallarını təklif edir, lakin istəyə uyğun istənilən vaxtı təyin etmək mümkündür.

Chosen
1
2
banker.az

3Sources