EN

50 yaşlı keçmiş məhkum 64 yaşlı həmkəndlisini döyə döyə öldürüb

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

Şübhəli Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
36
mia.az

10Sources