Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) strateji tərəfdaşı – Avropa Evi “Ambrosetti”nin (“TEHA Group”) baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli tədbirin təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını ifadə edib. 1news.az xəbər verir ki, forumda çıxış edən V.De Molli tədbirin təkcə regionda deyil, həm də qlobal səviyyədə iqtisadi düşüncənin əsas mərkəzlərindən birinə çevriləcəyinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, forumda 800-dən çox iştirakçı var ki, onların 40 faizi müxtəlif xarici ölkələri təmsil edir. İki gün ərzində 100-dən çox spiker panel və müzakirələrdə çıxış edəcək. “Biz Azərbaycanın İqtisadiyyat Nazirliyinin strateji tərəfdaşıyıq. Forumun təşkili ilə bağlı Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Çünki o, son dörd ildə iki dəfə Komo gölündə keçirilən ən nüfuzlu toplantımız – məşhur Çernobbio Forumunda iştirak edib”, – deyə Valerio De Molli qeyd edib.