Ulduzlar bəzi bürclərin üzünə bu gün xüsusi olaraq gülür. Qərar anlarında düzgün seçim etmək, gözlənilməz şans qapılarının açılması və xoş xəbərlərlə rastlaşmaq yalnız müəyyən bürclərin payına düşəcək.
KONKRET.az milliaz-a istinadən həmin bürcləri təqdim edir:
Qoç – Enerji və motivasiya zirvədədir. Yeni iş təklifləri, kiçik də olsa, maliyyə qazancı gözlənilir.
Əkizlər – Sosial dairədə diqqət mərkəzində olacaqsınız. Uzun müddət düşündüyünüz bir məsələ öz həllini tapa bilər.
Qız – İş həyatında irəliləyiş və rəhbərlikdən dəstək alma ehtimalınız yüksəkdir. Maddi baxımdan kiçik sürprizlər mümkündür.
Oğlaq – Ulduzlar sizi yeni başlanğıclara çağırır. Bu gün atılan addımlar gələcəkdə böyük uğurlar gətirə bilər.
Balıqlar – İntuisiyanıza güvənin. Şəxsi münasibətlərdə gözlənilməz xoş anlar sizi sevindirəcək.
Qalan bürclər üçün gün neytral keçsə də, bu şanslı bürclər üçün ulduzlar xüsusi fürsətlər təqdim edir.