EN

Tbilisi merindən BMT-də çıxış barədə açıqlama – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze BMT Baş Assambleyasını "dünyanın həqiqəti eşitməsi üçün" vacib platforma adlandırıb. O, Mixeil Kavelaşvilinin BMT Baş Assambleyasında iştirakını şərh edərkən komandasının əsas vəzifəsinin ABŞ ilə münasibətlərə "yeni səhifədən başlamaq" olduğunu bildirib.

Kaladze deyib: "Bu, bütün dünyanın həqiqəti eşitməsi üçün istifadə edilməli olan daha bir vacib platformadır. Bəzi konqresmenlərdən eşitdiyimiz mesajlar yalanla doludur və ölkəyə qarşıdır. Əsas vəzifəmiz, ABŞ ilə münasibətlərə yeni səhifədən başlamaq, dostluq əlaqələrini, tərəfdaşlığı dərinləşdirməkdir".

Qeyd edək ki, Mixeil Kavelaşvili ABŞ-yə səfər edib. Mətbuat xidmətinin məlumatına görə, o, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək, həmçinin BMT-nin Baş katibi Antoniu Quterreş ilə görüş keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
60
olaylar.az

1Sources