EN

Qadın və kişi maaşları arasındakı ən yüksək fərq olan ölkələr açıqlanıb

G20 ölkələri arasında qadın və kişilər arasında ən böyük əməkhaqqı fərqi Cənubi Koreya, Hindistan və Rusiyada qeydə alınıb...

Poliqon xəbər verir ki, "RİA Novosti" Agentliyinin müxtəlif ölkələrin statistika xidmətləri və açıq mənbələrdən əldə etdiyi məlumatlara əsasən, G20 ölkələri arasında qadın və kişi maaşları arasındakı ən böyük fərqi Cənubi Koreyadadır.

2023-cü ilin nəticələrinə görə, qadınların kişilərlə müqayisədə ən az maaş aldığı ölkə Cənubi Koreya olub – burada qadınlar kişilərdən 32,5% az maaş alır. Siyahıda ikinci yerdə Hindistan (30,41%) və üçüncü yerdə Rusiya (30,36%) qərarlaşıb.

20%-dən yüksək fərq digər ölkələrdə də müşahidə olunur: Səudiyyə Ərəbistanı (28,2%), Türkiyə (27,1%), Böyük Britaniya (26,8%), Argentina (26,33%), Yaponiya (26,27%), İtaliya (24,8%), Fransa (23,7%) və Meksika (21,6%).

Daha sonra Braziliya (18,1%), ABŞ (17,3%), İndoneziya (16,6%) və Almaniya (15,6%) gəlir.

Ən aşağı maaş fərqi isə Avstraliya (10,7%), Kanada (12,6%) və Çin (13%) ölkələrində qeydə alınıb.

Ekspertlər bildirirlər ki, maaş fərqinin bu səviyyədə olması gender bərabərliyinin təmin olunması və əmək bazarında qadınların mövqeyinin gücləndirilməsi baxımından ciddi çağırış yaradır.

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources