EN

Qəzada xəsarət alan məktəblilərin son vəziyyəti AÇIQLANDI

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gədəbəydəki qəzada xəsarət alan məktəblilərin son vəziyyəti açıqlanıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, sentyabrın 16-da saat 11:40 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 azyaşlı (1-i kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. 

Zəruri tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki azyaşlı ambulator müalicə üçün evə buraxılıb.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
news24.az

4Sources