EN

Premyer Liqada ilk baş məşqçi istefası

Azərbaycan Premyer Liqasında 2025-26 mövsümünün ilk baş məşqçi istefası reallaşıb.

Msport.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Kəpəz” çalışdırıcısı Adil Şükürovla yollarını ayırıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna komandanın cari mövsümdə sərgilədiyi oyun və uğursuz nəticələr səbəb olub. Komanda Premyer Liqanın son turunda səfərdə “Qəbələ”yə 3 cavabsız qolla uduzub.

İstefa ilə bağlı qərarın bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Adil Şükürov bu mövsümün əvvəlində “Kəpəz”in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi komandaya rəhbərlik edib.

Chosen
17
11
msport.az

10Sources