EN

Kamran Əliyev: Zəngəzur dəhlizinin açılması strateji əhəmiyyətli məsələlərdən biridir

Yeni geosiyası reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır.

Teleqraf xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində : Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək.

Baş prokurorun sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Chosen
7
11
teleqraf.com

10Sources