EN

Həkim hansı qidaların kişi sağlamlığına zərərli olduğunu açıqlayıb

Diyetoloq həkim Mariyat Muxina Abzatsla müsahibəsində spirtli içkilərin, kofeinli içkilərin, qızardılmış və şirin qidaların, fast foodların istehlakının kişi reproduktiv sisteminə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Mütəxəssis açıqlayıb ki, alkoqol vazokonstriksiyaya səbəb olur, bu da qan dövranını azaldır və cinsi disfunksiyaya səbəb ola bilər.

Muxina həmçinin tərkibində trans yağlar, artıq şəkər və duz olan qidaları məhdudlaşdırmağı və ya tamamilə xaric etməyi tövsiyə edib, çünki onlar damar spazmlarına və antioksidant çatışmazlığına səbəb olur. O, yüksək miqdarda kofein, çörək məhsulları, şirniyyat və marqarinin lipid profillərini poza biləcəyini, L-arginin və antioksidant çatışmazlığına səbəb ola biləcəyini, testosteron səviyyələrini aşağı saldığını və bioritmlərə təsir göstərə biləcəyini vurğulayıb.

Həkim həmçinin jenşen, eleuterokok və şisandra kimi stimulantları olan içkilərin zərərli təsirlərini qeyd edib. Vazospazmı tetikleyen məhsullar penisə qan axını poza bilər və cinsi disfunksiyaya səbəb ola bilər. Muxina, aterosklerozun inkişafına kömək edə biləcək qızardılmış ət və piylənməni təşviq edən qidalarla, xüsusən də yağlı bifteklərlə ehtiyatlı olmağı məsləhət görür. Mütəxəssis onu da qeyd edib ki, bitki çaylarının həddindən artıq istehlakı qan dövranını pozur, təzyiqi artırır, susuzluğa səbəb olur.

//Gülnarə Abasova, Editor.az

Chosen
19
editor.az

1Sources