EN

Kim Çen In “gizli silah”la meydan oxuyur - Rəsmən elan etdi

Şimali Koreya lideri Kim Çen In yeni məxfi silah əldə etdiklərini və müdafiə sahəsində əhəmiyyətli irəliləyiş qazandıqlarını bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

"Biz yeni gizli silah əldə etmişik. Həmçinin müdafiə elmində tədqiqat və inkişafda əhəmiyyətli nailiyyətlərimiz var. Bu, hərbi gücümüzün daha da irəliləməsinə böyük töhfə verəcək", - Kim Çen In vurğulayıb.

O, Şimali Koreyanın çoxməqsədli esmineslər istehsal edərək dəniz gücünü artırdığını qeyd edib: "Partiyamız və hökumətimiz ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində davamlı və sürətli irəliləyişlər əldə edir".

Chosen
27
50
publika.az

10Sources