EN

2025 ci ilin səkkiz ayında botulizmdən 23 nəfər zəhərlənib

ain.az, Baku.ws saytına istinadən bildirir.

2025-ci ilin yanvar-avqust ayları ərzində botulizm diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 23 nəfər yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə xəstəxananın mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. Onun sözlərinə görə, zəhərlənən bütün şəxslərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri nəzarətdə saxlanılıb.

Qeyd edək ki, botulizm qida zəhərlənməsinin ən təhlükəli formalarından biridir. Xəstəlik, əsasən, düzgün saxlanılmamış konservləşdirilmiş məhsullardan istifadə zamanı yaranır. Botulizm sinir sistemini zədələyərək əzələ iflicinə səbəb ola bilər və vaxtında tibbi yardım göstərilmədikdə ölüm riski yaradır.

ÅžahanÉ™ XankiÅŸiyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
baku.ws

2Sources