EN

Qazaxıstan XİN: Ukraynada münaqişə diplomatik yolla həll edilməlidir

BAKI, 22 sentyabr. TELEQRAF

Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu Nyu-Yorkda (ABŞ) Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı beynəlxalq gündəlikdəki prioritet məsələlər, eləcə də Qazaxıstan-Ukrayna əməkdaşlığının davamlı inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. M.Nurtleu Qazaxıstanın Ukraynadakı vəziyyətin tezliklə həllində və ölkədə davamlı sülhün əldə edilməsində maraqlı olduğunu təsdiqləyib.

Xarici işlər naziri vurğulayıb ki, Astana münaqişənin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla həllinin tərəfdarı olub və bundan sonra da bunu müdafiə edəcək.

Chosen
28
teleqraf.com

1Sources