EN

Şəhid Məmmədov Tural Süleyman oğlu anıldı

Şəhid Məmmədov Tural Süleyman oğlu anıldı

Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Tural Məmmədovun doğum və anım günü qeyd olundu.
   Əvvəlcə məzarı ziyarət edildi, dualar oxundu, gül dəstələri düzüldü.
   Tədbirdə çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını xatırladılar və onların daim qəlblərdə yaşayacağını vurğuladılar.
Məmmədov Tural Süleyman oğlu 2000- ci ilin sentyabr ayının 21- də Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya gəlib.

Afət Hacıyev adına Mahmudoba kənd orta məktəbində təhsil alıb.

2014-ci ildə Heydər Əliyev adına hərbi liseyə daxil olmuş və 2017-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.

2020-ci ildə kursant olmasına baxmayaraq 2-ci Qarabağ müharibəsində böyük şücaət göstərmiş və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.
19 sentyabr 2023-cü il tarixdə qeyri-qanuni erməni birləşmələrinə qarşı keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı Məmmədov Tural Ağdam rayonu Gülablı kəndi istiqamətində gedən döyüşlərdə sinəsindən aldığı güllə yarası ilə şəhidlik zirvəsinə ucalıb.2 gün sonra, məhz elə doğum günündə Şahbuz rayon Mahmudoba kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Tural, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” , “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət" ordeni ilə təltif edilib.
Qəhrəman Tural Məmmədovun adı gələcək nəsillər üçün əbədi vətənpərvərlik nümunəsidir!



Chosen
2
herbiand.az

1Sources